İranın cənub-şərqində bir tondan çox narkotik maddə aşkar edilib
https://azeri.sahartv.ir/news/İran-i364974-İranın_cənub_şərqində_bir_tondan_çox_narkotik_maddə_aşkar_edilib
İranın Sistan və Bəluçestan vilayətinin polis rəisi polisin İranşəhr bölgəsində bir tondan çox narkotik maddənin aşkar edilməsi və qaçaqmalçılarla silahlı toqquşmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2020 11:09 Asia/Baku
  • İranın cənub-şərqində bir tondan çox narkotik maddə aşkar edilib

İranın Sistan və Bəluçestan vilayətinin polis rəisi polisin İranşəhr bölgəsində bir tondan çox narkotik maddənin aşkar edilməsi və qaçaqmalçılarla silahlı toqquşmasından xəbər verib.

SəhərAzəri xəbər veriri, Briqada generalı pasdar Mohəmməd Qənbəri IRNA ilə müsahibədə deyib: İranın polis qüvvələri çərşənbə axşamı günü axşamçağı bir əməliyyatda İranşəhrin kənar yollarından birində narkotik maddə yükünü nəql etməkdə olan silahlı bir dəstənin üzvlərini aşkar ediblər.

İranın Sistan və Bəluçestan vilayətinin polis rəisi vurğulayıb: Bu əməliyyatda bir ton 76 kiloqram narkotik maddə müəyyən miqdarda silah və sursatla yanaşı, aşkar edilib.

İran İslam Respublikası sanksiya şəraitinə rəğmən, ötən ildə 950 ton narkotik maddə aşkar və müsadirə etməklə dünyada bu maddələrin aşkarlanması sahəsində ən yüksək göstəriciyə malik olubdur.

İran dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda dörd minə yaxın şəhid və minlərlə yaralı veribdir.