İyul 24, 2020 06:51 Asia/Baku
  • Rəvançi: İran-Çin anlaşması normal və təbii bir məsələdir

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Raşatudey ABŞ şəbəkəsinə verdiyi müsahibədə İran-Çin münasibətlərinin uzun tarixə sahib olduğunu vurğulayıb.

SəhərAzəri xəbər verir, Məcid Təxti Rəvançi həmin müsahibədə deyib: “İran və Çin arasındakı razılaşma qeyri-adi bir məsələ deyil. İran və Çin təbii müttəfiqdir, eyni zamanda, hər iki ölkənin maraqlarına cavab verən sahələrdə əməkdaşlıq edirlər.”

Müsahibəsinin başqa bir hissəsində mövcud gərginliklərin ABŞ-ın nuvə sazişindən çəkilməsi və danışıqlar masasını tərk etməsinin nəticəsi kimi qeyd edən Rəvançi, ABŞ rəsmilərinin dərmanların və qida maddələrinin sanksiyalardan müstəsna olması iddiasını təkzib edib və deyib: "Qida və dərman idxalı hələ də ABŞ sanksiyalarının hədəfidir".

Ravançi, İranın Fars körfəzində tankerlərə hücumla əlaqəli olması iddialarını rədd edərək, həmin iddiaların əsassız olduğunu və bu günə qədər heç bir dəlil verilmədiyini söyləyib.

İran BMT-dəki səfiri terror əleyhinə qəhrəman Sərdar Soleymani-nin şəhid edilməsini ABŞ-ın bölgədəki terrorçulara verdiyi ən böyük hədiyyə adlandırıb və dedyib: "İŞİD və müttəfiqləri bu sui-qəsdi qeyd etdilər. Çünki Sərdar Soleymani bu ekstremist cərəyanlarla necə səmərəli mübarizə etməyı yaxşı bilirdi.

İraq Baş nazirinin Tehran səfərinə toxunan Rəvançi İran və İraqın ənənəvi və tarixi əlaqələrə sahib olduğunu söyləyib və əlavə olaraq deyib ki, ABŞ-ın heç bir hərəkəti İran və qonşuları arasındakı münasibətlərə təsir göstərə bilməz.

İranın BMT-dəki Daimi Nümayəndəsi Müsahibəsinin sonunda, İranın Fars körfəzindəki qonşuları ilə münasibətləri yaxşılaşdırmaq əzmini vurğulayaraq, ötən il Prezident Ruhani tərəfindən BMT Baş Assambleyasına təqdim olunan "Omid" sülh təşəbbüsünə işarə ilə beyib: "Bu təşəbbüs müxtəlif sahələrdə əməkdaşlıq üçün təməl təklifi ehtiva edir. İran qonşuları ilə, o cümlədən cənub qonşuları ilə yaxşı münasibətlər istəyir, Ancaq İran və qonşuları arasında belə münasibətlərin inkişafını istəməyən ABŞ-dır."

 

 

Teqlər