İyul 24, 2020 07:09 Asia/Baku
  • İranın yeni səfiri Azərbaycanda fəaliyyətinin əsas prioritetlərini açıqladı

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi və bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Şərqi Azərbaycan valisi ilə görüşdə qonşu qardaş ölkələrlə münasibətlərin zərurətlərindən danışıb.

SəhərAzəri xəbər verir, cümə axşamı (23 iyul) baş tutan həmin görüş zamanı İranın dost ölkələrlə iqtisadi əlaqələrinin siyasi əlaqələri ilə ayaqlaşmadığını bildirən Seyid Abbas Musəvi Azərbaycanda səfir kimi çalışacağı dövrdə ticarət və iqtisadi əlaqələrin inkişafına diqqət ayıracağını vurğulayıb.  

A. Musəvinin sözlərinə görə, İranın sərhəd əyalətləri qonşu Azərbaycanla münasibətlərin inkişafında çox önəmli və əsaslı rol oynayır: “Amma biz çalışmalıyıq ki, əyalətin potensialından Azərbaycanla ticarət və iqtisadi əlaqələri artırmaq üçün istifadə edək”-deyə cənab Musəvi vurğulayıb. 

 O qeyd edib: "İranın Azərbaycandakı səfirliyinin əsas işi iqtisadi əlaqələri inkişaf etdirmək olacaq.“Azərbaycanın Rusiya və Avropa bazarına çıxışı olduğu üçün bizim əlaqələrimiz daha çox iqtisadi sahənin genişləndirilməsinə yönələcək. İki ölkənin əlaqələrinin inkişaf proqramında iqtisadi əlaqələrin payı 80 faizdir. Bütün potensiallardan iki ölkənin əlaqələrinin inkişaf etdirilməsi üçün istifadə edəcəyik”. 

Qeyd edək ki Seyyid Abbas Musəvi ötən həftə də Ərdəbil ostanına səfərində Ərdəbilin İmam Cüməsi Ayətullah Amili və Ostandar Behnamcu ilə görüşmüşdu.

seyyid Abbas Musəvi yaxın gələcəkdə İranın Bakıdakı səfiri Cavad Cahangirzadəni əvəz edəcək.

Teqlər