İyul 25, 2020 07:33 Asia/Baku
  • Qəribabadi:

İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi siyasi hədəflərə nail olmaq üçün ABŞ qırıcılarının İranın sərnişin təyyarəsinə hücum etməsini və uşaq və qadınlar üçün təhlükə yaratmasını ən çirkin səyasət növü adlandırıb.

SəhərAzəri xəbər verir, ABŞ-ın iki ədəd qırıcı təyyarəsi Suriya səmasında İranın sərnişin təyyarəsinə qarşı təxribat törədiblər ki, bu hərəkət bir neçə sərnişinin xəsarət alması ilə nəticələnib.

İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazim Qəribabadi cümə günü özünün instaqram səhifəsində paylaşdığı bir müraciətdə ABŞ-ın iqtisadi terrorizmdən tutmuş hava terroruna qədər adi insanların həyatına təhlükə yaratmaqla cinayət əməllərinin sonu olmadığına toxunub və xatırladıb: "Beynəlxalq ictimaiyyətin qlobal sülh və təhlükəsizliyi hədələyən və beynəlxalq hüquq normaları və prinsiplərini kobud şəkildə pozan ABŞ-ın bu kimi hərəkətləri qarşısında birləşərək, onu normal bir ölkə kimi davranmağa vadar etməyinin vaxtı gəlib çatmayıbdırmı?"

Qəribabadi əlavə edib: "Bəynəlxalq Mülki Aviasiya Konvensiyasının 3-cü maddəsinə əsasən, konvensiyaya üzv ölkənin dövlət təyyarələrinin istər hərbi, istərsə də gömrük və polis təyyarələrinin başqa bir dövlətin əvvəlcədən icazəsi olmadan hava məkanında uçuşu və ya ərazisində enməsi qadağandır".

"ABŞ qırıcılarının Suriyanın ərazisində uçuşu və enməsi mütləq bu ölkənin razılığı olmadan həyata keçirilir və qəti şəkildə yolverilməzdir", - deyə İranın Vyanadakı beynəlxalq təşkilatlardaki səfiri və daimi nümayəndəsi əlavə edib.

 

Teqlər