İyul 25, 2020 20:49 Asia/Baku

İranın baş prokuroru ABŞ-ın iki qırıcı təyyarəsinin Mahan aviaşirkətinə məxsus sərnişin təyyarəsinə hücumuna görə hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, ABŞ-ın iki qırıcı təyyarəsinin imam Xomeyni adına beynəlxalq hava limanından Beyruta uçan Mahan aviaşirkətinə məxsus sərnişin təyyarəsinə Suriya üzərində təhlükəli yaxınlaşmasının ardınca, pilotun bu təcavüzkar qırıcılarla toqquşmasın deyə, sürətli manevri nəticəsində bir neçə sərnişin xəsarət alıb.

İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri bu gün xarici işlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı məktubda, ABŞ-ın bu terror hərəkətinin beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olduğunu xatırladaraq, ABŞ rəsmilərinin təxribatçı hərəkətlərinə qətiyyətli və ibrətamiz cavab vermək, həmçinin milli və beynəlxalq səviyyədə onunla mübarizə aparmaq üçün bu məsələnin müxtəlif hüquqi, məhkəmə və siyasi müstəvilərdə ciddi şəkildə qaldırılmasının vacibliyini vurğulayıb.

İranın baş prokuroru qeyd edib ki, icraçı orqanlar, o cümlədən İran Mülki Aviasiya Təşkilatı və Mahan Aviasiya Şirkəti Çikaqo müahidəsinin 13 və 17-ci əlavə maddələrinin icrası sahəsində Suriya hökuməti və Beynəlxalq Mülki Aviasiya Təşkilat İKAO ilə əməkdaşlıq edib, qısa müddətdə 1152 saylı Tehran-Beyrut reysinin təhlükəsizliyinə qarşı törədilən hadisənin araşdırılmasının nəticələrinə dair hesabatı alıb, Çikaqo müahidəsinə əsasən, lazımi hüquqi tədbirlər görməlidirlər.

Bundan əvvəl İranın Mülki Aviasiya Təşkilatı ABŞ qırıcılarının İranın sərnişin təyyarəsinə qarşı təxribatını beynəlxalq hüquq normaları və aviasiya standartlarının pozulmasının bariz nümunəsi olduğunu bildirib, özünün ciddi narahatlığını rəsmən Beynəlxalq Mülki Aviasiay Təşkilatının diqqətinə çatdırıb və təcili onun araşdırılmasını çağırıb. 

Teqlər