İran Avrasiya, Şərqi və Cənubi Asiya gücləri ilə dostcasına əlaqələrini davam etdirəcək
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Tehran Avrasiya, Şərqi və Cənubi Asiya gücləri ilə dostcasına və müvazinətli əlaqələrini qorumaq və davam etdirmək əzmindədir.
SəhərAzəri xəbər verir, Seyyed Abbas Musəvi öz tvitter hesabında İranın Avrasiya, Şərqi və Cənubi Asiya gücləri ilə dostcasına əlaqələr siyasətinin uzun keçmişinə işarə ilə belə qeyd edib: Çin və Rusiya ilə uzunmüddətli əməkdaşlıq üzrə potensial müqavilələr və İranın Çabaharda Hindistanla həmkarlığının davam etməsi bu siyasətin davam etməsindən söz açır.
İranın nazirlər kabineti iyunun 21-də İran ilə Çin arasındakı əhatəli əməkdaşlıqlar üzrə 25 illik proqramın yekun mətnini araşdıraraq, qəbul etdi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif son zamanlar Rusiya lə 20 illik müqavilənin yenilənməsindən xəbər verdi.
Bundan əlavə, İran xüsusən Çabahar limanının genişləndirilməsi sahəsində Hindistanla həmkarlıq edir və Hindistan-Avropa istiqamətində tranzit imkanlarından istifadənin ardıncadır. Bu istiqamətdə İran, Hindistan və Əfqanıstan Çabahar müqaviləsini imzalayıblar.
Həmçinin İranın Avrasiya İqtisadi Birliyinə qatılması ilə bir zamanda, ilk addımda İranın bu birliyə üzv ölkələrə ixrac etdiyi əmtəə mallarının 700 ədədindən çoxu üçün tətbiq edilmiş tarif təqribən səksən faizlik azalma ilə müşayiət olunubdur.
İranın Avrasiya İqtisadi Birliyi ilə prioritet ticarəti müqaviləsi 2019-cu ildən icra olunur.