İyul 28, 2020 20:47 Asia/Baku
  • «Günəş» filmi Venesiya Beynəlxalq Film Festivalına vəsiqə qazanıb

İranlı rejissor Məcid Məcidinin «Günəş» bədii filmi «Qızıl şir» mükafatı uğrunda mübarizə aparmaq üçün 77-ci Venesiya Beynəlxalq Film Festivalına vəsiqə qazanıb.

SəhərAzəri xəbər verir, Dünya üzrə ən qədim kino mərasimlərindən olan Venesiya Beynəlxalq Film Festivalı dünyanın ən yaxşı kino məhsullarının nümayişi üçün bir vit rindir. Bu festival hər il İtaliyanın Venesiya bölgəsinin Lido adasında keçirilir.

77-ci Venesiya film festivalı koronavirus pandemiyası şəratində cari il sentyabrın 2-dən 12-dək keçiriləcək. Əməklə məşğul olan uşaqlara həsr edilmiş «Günəş» filmi əsas rəqabət bölməsində İran kinosunu təmsil edəcək.

 

Teqlər