İran Parlamenti ABŞ qırıcılarının İran təyyarəsinə hücum faktını nəzərdən keçirəcək
https://azeri.sahartv.ir/news/İran-i365234-İran_parlamenti_abŞ_qırıcılarının_İran_təyyarəsinə_hücum_faktını_nəzərdən_keçirəcək
Amerika qırıcılarının "Mahan" şirkətinin sərnişin təyyarəsinə hücumunun təfərrüatları gələn həftə Məclisdə komissiya iclasında müzakirə ediləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2020 18:58 Asia/Baku
  • İran Parlamenti ABŞ qırıcılarının İran təyyarəsinə hücum faktını nəzərdən keçirəcək

Amerika qırıcılarının "Mahan" şirkətinin sərnişin təyyarəsinə hücumunun təfərrüatları gələn həftə Məclisdə komissiya iclasında müzakirə ediləcək.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, bunu  jurnalistlərə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının məruzəçisi Əbülfəz Amui açıqlayıb.

Onun sözlərinə görə, komissiya Amerika qırıcılarının İran təyyarəsinə qarşı təhdiddolu aktını  müxtəlif aspektlərindən nəzərdən keçirəcək.

“İclasda Dövlət Aviasiya Təşkilatının, Xarici İşlər Nazirliyinin və Silahlı Qüvvələri Baş Qərargahının müvafiq rəsmiləri iştirak edəcək", o deyib.

Xatırladaq ki, ABŞ hərbi təyyarələri Tehrandan Beyruta uçan İran sərnişin təyyarəsinə təhlükəli həddə yaxınlaşıb. "MahanAir" şirkətinə məxsus sərnişin təyyarəsi Suriya səmasından keçərkən ABŞ koalisiyasının iki hərbi təyyarəsi tərəfindən sıxışdırılıb.

Pilot təhlükədən uzaqlaşmaq üçün manevrə edib və bu insident nəticəsində 3 nəfər yaralanıb.