İyul 30, 2020 21:24 Asia/Baku
  • Tehran-Doha münasibətlərinin möhkəmləndirilməsi və inkişafı vurğulanıb

İran İslam Respublikası prezidenti Tehran-Doha münasibətləri və hərtərəfli əməkdaşlıqların möhkəmləndirilməsi və inkişafı üçün səylərin artırılmasəna çağırıb.

SəhərAzəri xəbər verir, bu Gün İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə Qətər əmiri Şeyx Təmim Bin Həməd Ali Sani arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Həsən Ruhani Səadətli Qurban bayramı münasibətilə Qətərin hökumət və xalqını təbrik edərək,  İran İslam Respublikası tərəfindən qonşu və dost ölkə  Qətər ilə əlaqələr və əməkdaşlıqların genişləndirməsi üçün heç bir maneə və məhdudiyyətin olmadığını deyib.

İran prezidenti İran-Qətər birgə komissiyasında iki ölkə rəsmilərinin səyləri ilə iqtisadi münasibətlər və əməkdaşlıqların inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. 

Qətər əmiri də Qurban bayramı münasibətilə İran hökuməti və  xalqını təbrik edərək, ölkəsinin həmişə İranla əlaqələrin və əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğunu bildirib.

Teqlər