İnqilab Rəhbərinin bəyanatı beynəlxalq mediada
İnqilab Rəhbərinin bəyanatı dünya mediasında
İslam İnqilabının Böyük Rəhbərinin "Qurban Bayramı"na həsr olunmuş bəyanatı bir sıra ölkənin mediası tərəfindən işıqlandırılıb.
SəhərAzəri-nin bildirdiyinə görə Əl-Məsirə, Əl-Cəzirə və Əl-Məyadin kimi regionda və dünyada tanınmış media vasitələri İnqilab Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Qurban Bayramı münasibətilə etdikləri çıxışı birbaşa olaraq yayımlayıblar.
Əl-Məyadin İnqilab Rəhbərinin bəyanatını yayımlayaraq, bildirib: Düşmənlər İran xalqını incitmək, İran xalqına əziyyət vermək istəyirlər. Buna görə də biz başda elm olmaqla bütün müdafiə vasitələrindən istifadə etməliyik.ABŞ-ın İran xalqına qarşı sanksiyaları böyük bir cinayətdir.
Əl-Cəzirə kanalı da Ayətullah Seyyid Əli Xameneinin Qurban Bayramına özəl bəyanatını yayımlayaraq, bildirib: General Süleymaninin amerikalılar tərəfindən şəhid edilməsi iranlılar və iraqlılar arasındakı bağların daha da möhkəmlənməsinə səbəb oldu.
PressTV-də İnqilab Rəhbərinin sözlərinə istinadla bildirib: ABŞ-ın İran xalqına qarşı sanksiyaları İran xalqına qarşı böyük cinayətdir.
Royters xəbər agentliyi də İslam İnqilabının Böyük Rəhbərinin çıxışını yayımlayaraq, bildirib: ABŞ-ın sanksiyaları İranı daha güclü edibdir. ABŞ-ın İrana təzyiq göstərmək yolu ilə öz istəyinə nail olmaq arzusu heç vaxt reallaşmayacaq. İran iqtisadiyyatı neftdən asılı olmamalıdır. İran ABŞ-ın zorakılığı və quldurluğu qarşısında dayanacaq. İran öz nüvə proqramını və ballistik raket proqramlarını heç vaxt dayandırmayacaq.