Avq 03, 2020 14:16 Asia/Baku
  • İran-Çin strateji müqaviləsi Pompeonu

ABŞ dövlət katibi bazar günü gecə Çinin İranla hərtərəfli əməkdaşlıq  sənədini imzalamaq qərarını kəskin tənqid edib.

SəhərAzəri xəbər verir, Mayk Pompeo, amerikalıların İran-Çin strateji müqaviləsindən narahat olduqlarını göstərən bir çıxışda bildiribdir ki, Amerikanın İrana qarşı sanksiyaları Tehranla əməkdaşlıq edəcək hər bir çinli şirkətə də şamil olacaqdır.

İran ilə Çin arasında əhatəli əməkdaşlıqlar barədə olan 25 illik proqramın ilkin mətni son zamanlar İran İslam Respublikasının nazirlər kabineti tərəfindən qəbul olundu və İran Xarici İşlər Nazirliyinə bu sənədin çinli tərəflə imzalanmasınadək olan yekun addımların atılması tapşırıldı.

Bu sənəd siyasət, təhlükəsizlik, müdafiə, mədəniyyət, kənd təsərrüfatı, iqtisadiyyat, elm, turizm, neft və enerji, rabitə infrastrukturları və rabitə texnologiyaları kimi müxtəlif sahələrə şamil olur.

Teqlər