Avq 05, 2020 11:39 Asia/Baku
  • Qalibaf: İran istənilən humanitar əməkdaşlıq və köməyə hazırdır

İslam Şurası Məclisinin sədri Beyrutdakı partlayışdan təəssüfləndiyini bildirərək deyib: “İran, hər zaman olduğu kimi, hər hansı bir humanitar əməkdaşlıq və köməyə hazırdır.

SəhərAzəri xəbər verir ki, Məhəmməd Baqir Qalibaf şəxsi "Twitter" səhifəsində yazıb: “Livanın qəhrəman xalqına, Livan hökuməti və məclisinə, Hizbullah mücahidlərinə və qardaşım Seyyid Həsən Nasrallah-a Beyrutda baş verən partlayışa görə baş vermiş fəlakətli və çox acı hadisə üçün başsağlığı verirəm.  İran, hər zaman olduğu kimi, hər hansı bir humanitar əməkdaşlıq və köməyə hazırdır. Bu prosesi sürətləndirmək üçün İran və Livan hakimiyyəti ilə əlaqə saxlayacağam.”

Teqlər