Avq 06, 2020 17:20 Asia/Baku
  • İİR prezidenti livanlı həmkarı ilə telefonla danışıb

İran prezidenti livanlı həmkarı ilə telefon söhbətində deyib ki, İranın dövləti və xalqı həmişəki kimi əziz Livan xalqının kənarında duracaqlar.

SəhərAzəri xəbər verir, Həsən Ruhani Livan prezidenti Mişel Oun ilə telefon danışığında İranın dövləti və xalqının Livanın hökuməti və xalqının kədərinə şərik çıxdıqlarını bildirib. Deyib ki, Beyrut limanındakı partlayış hadisəsi iranlılar üçün çox kədərli olub və İran xalqı Livan xalqının kədərinə şərikdir.

O, deyib: İranın xarici işlər və səhiyyə nazirlərinə, həmçinin Qırmızı Aypara Cəmiyyətinin sədrinə tapşırılıbdır, öz livanlı həmkarları ilə ardıcıl şəkildə əlaqə saxlasınlar ki, dost və qardaş ölkəmiz olan Livanın və onun xalqının hər cür ehtiyacına sürətlə cavab verə və yardım göstərə bilmiş olaq.

Bu telefon söhbətində İran prezidenti Lİvan prezidentinə əminlik veribdir ki, Livan hər cür yardım və dəstəyə ehtiyac duyan zaman İranı öz yanında görəcək və İran xalqı Livan xalqına heç bir köməyi əsirgəməyib və əsirgəməyəcəkdir.

Livan prezidenti Mişel Oun da bu telefon söhbətində İranın dövləti və xalqının Beyrut limanı hadisəsilə bağlı həmdərdlik ifadə etmələrinə görə təşəkkür edərək, deyib ki, Livan xalqı daima İranın dövləti və xalqının diqqəti və məhəbbətinə görə təşəkkür edib və edir.

Livan prezidenti söyləyib: Bu hadisənin bütün cəhətlərinin və ehtiyac duyulan yardımların araşdırılması vaxt aparacaq, amma tarix şahiddir ki, hər zaman Livan yardıma ehtiyac duyubdursa, İran heç bir yardımı əsirgəməyib və biz bu cəhətdən minnətdarıq.
 

Teqlər