Avq 07, 2020 08:41 Asia/Baku
  • İrandan Livana 2 yardım yükü göndərilib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İrandan Livana 2 yardım yükünün göndərildiyini bildirib.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi dünən bildirib ki, Beyrut limanı hadisəsi təəssüfləndirici hadisə kimi İran xalqının narahatlığına səbəb olubdur.

O, deyib: İran prezidentinin göstərişi və aparılmış koordinasiyalarla İran İslam Respublikasının yardım yükləri Livana göndərilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: Bəzi Qərb və Avropa hökumətləri Livan ölkəsi və xalqnı sanksiya etmələrinə rəğmən, başsağlığı mesajları göndəriblər ki, bu da həmin hökumətlərin riyakarlıqlarını göstərir.

Mousəvi bildirib ki, İran İslam Respublikası Beyrut limanının bərpası üçün Livanla əməkdaşlıq etməyə hazırdır.

Çərşənbə axşamı günü axşamçağı Beyrut limanında güclü partayış baş verdi. Son statistikalara görə, həmin hadisədə ölənlərin sayı 157, yaralıların miqdarı isə təqribən beş min nəfərə çatıbdır.

Teqlər