Brayan Hookun dəyişdirilməsi ABŞ-ın siyasətlərində dəyişiklik yaratmayacaq
https://azeri.sahartv.ir/news/İran-i365676-brayan_hookun_dəyişdirilməsi_abŞ_ın_siyasətlərində_dəyişiklik_yaratmayacaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsinin dəyişdirilməsinə reaksiyada bildirib ki, Brayan Hookun dəyişdirilməsi ABŞ-ın siyasətlərində dəyişiklik yaratmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2020 15:27 Asia/Baku
  • Brayan Hookun dəyişdirilməsi ABŞ-ın siyasətlərində dəyişiklik yaratmayacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsinin dəyişdirilməsinə reaksiyada bildirib ki, Brayan Hookun dəyişdirilməsi ABŞ-ın siyasətlərində dəyişiklik yaratmayacaq.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi bu gün bir tvitt-də yazıb: Amerikanın İran qarşısındakı siyasətindən söz gedərkən, Amerika prezidentinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hook ilə Ağ Ev-in keçmiş milli təhlükəsizlik müşaviri, həmçinin ifratçı və qalmaqallı respublikaçı sima- Con Bolton arasında heç bir fərq yoxdur.

Mousəvi söyləyib: Amerikanın prezidenti Donald Tramp, dövlət katibi Mayk Pompeo və gələcəkdəkilər üçün də elə bu cür olacaqdır.