Avq 09, 2020 14:39 Asia/Baku
  • Müstəmləkəçi güclər xalqlara hakim olmaq üçün onlarda təhqirolunma hissi yaradırlar

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, müstəmləkəçi və hegemonçu güclər hakim olmaq istədikləri xalqlarda təhqirolunma hissi yaratmağa çalışırlar.

Sahar Azari bildirir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei biabırçı 1919-cu il müqaviləsinin bağlanmasının ildönümü günü münasibətilə virtual mühitdə verdikləri bir müraciətdə vurğulayıblar: Bunun bir nümunəsi 1919-cu il Vosuqqudduleh müqaviləsi kimi tanınır. Yəni bu təhqir və ümumi alçalma vəziyyətini, xalqın heç bir təsirinin olmamasını ölkədə həyata keçirdilər.

1919-cu il avqustun 9-da İranın ozamankı baş naziri Vosuqqudduleh və İngiltərənin ovaxtkı xarici işlər naziri Lord Kurzon məşhur 1919-cu il müqaviləsini imzaladılar.

Bu müqaviləyə görə, İranın bütün hərbi və maliyyə sistemi ingilislərin nəzarəti altına keçir, dəmiryolunun imtiyazı da onlara həvalə olunurdu.

Deyilənlərə görə, Vosuqqudduleh və onun nazirlər kabinetinin iki üzvü bu müqaviləni bağlamaq üçün, rüşvət kimi, İngiltərədən iri məbləğdə pul almışdılar.

Teqlər