Avq 11, 2020 01:35 Asia/Baku
  • Tehran və Bakı ikitərəfli həmkarlıqların inkişaf yollarını araşdırıblar

İran ilə Azərbaycan Respublikası arasında ikitərəfli həmkarlıqların inkişaf yolları nəzərdən keçirilib.

SəhərAzəri xəbər verir, İranın əmək və sosial rifah naziri və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi yollarını araşdırıblar.

Mohəmməd Şəriətmədari Sahil Babayevlə videosöhbətdə iki ölkə əməkdaşlıqlarının yol xəritəsinin çəkildiyini bildirib. Qeyd edib ki, Tehran müxtəlif səviyyələrdə müştərək həmkarlıqlar barədə məşvərət və fikir mübadiləsini davam etdirməyə hazırdır.

Koronavirusla bağlı məhdudiyyətlər şəraitində müştərək sərhədlərin açıq olmasını iki ölkənin dostluğunun bariz nişanələri adlandıran Şəriətmədari vurğulayıb: Tehran və Bakı bu şəraitdə də öz sərhədlərini dəniz, dəmiryolu və quru nəqliyyatının üzünə açıblar ki, bu da ikitərəfli həmkarlığın davam etdirilməsi üzrə siyasi iradədən yaxşı bir nişanədir.

İranın əmək və sosial rifah naziri həmçinin Tehranın mahir və mütəxəssis işçi qüvəsinin mübadiləsinə hazır olduğunu bildirib və belə qeyd edib : İran işçi qüvvəsinin göndərilməsi sahəsində əməkdaşlığın reallaşdırılması üçün iki ölkənin ekspert müzakirələrinin Azərbaycan Respublikasının iş gündəminə daxil edilməsini gözləyir.

Sahil Babayev də bildirib ki, Tehran-Bakı əlaqələri müştərək investisiya və istehsal formasında genişlənib. O, deyib: Azərbaycan Respublikası və İran ortaq sərhədlərə malik olmaqdan əlavə, tarix və musiqi sahələrində bir çox ortaqlıqlara malikdirlər.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri həmçinin Bakının koronavirus pandemiyası dövründə sahibkar-işçi münasibətləri və məşğulluq ətrafında İranın təcrübələrindən istifadə etməyə hazır olduğunu vurğulayıb.

Teqlər