Avq 11, 2020 09:52 Asia/Baku
  • Rəbii:

İran hökumətinin mətbuat katibi ABŞ-ın İrana qarşı silah embarqosuna dair irəli sürdüyü qətnaməyə reaksiyada deyib: "İran İslam Respublikası ABŞ-ın istənilən qanunsuz və təxribatçı hərəkətinə qətiyyətli cavab verəcək"

SəhərAzəri xəbər verir, İran hökumətinin mətbuat katibi Əli Rəbiyi ABŞ-ın İrana qarşı silah embarqosunun tətbiq edilməsi üçün təxribatçı səylərinin Vaşinqton üçün faciəli və təcridedici uğursuzluğa gətirib çıxaracağını bəyan edib. O, sonra deyib: "Amerikalıların öncədən iflasa uğramış yolu davam etdirməyə israr etmələri həqiqətlərin qəbulu qarşısında inadkarlıqdan başqa bir şey deyil".

Rəbiyi xatırladıb: "Həqiqət budur ki, beynəlxalq ictimaiyyət ölkələr arasındakı qanunları, razılaşmaları və qaydaları qorumaqda qərarlıdır və ABŞ-ın qlobal sabitlik və təhlükəsizliyi sarsıtmaq üçün səyləri qarşısında aşılmaz bir maneə dir". 

İran hökumətinin mətbuat katibi ABŞ-ın Təhlükəsizlik Şurası rıçağından beynəlxalq təşkilatlar və çoxtərəfli mexanizmlərə qarşı istifadə etməyə çalışdığına işarə edərək, deyib: "ABŞ-ın bu hərəkəti çoxtərəfli mexanizmləri istehza etmək deməkdir".

ABŞ-ın irəli sürdüyü qətnamə layihəsi avqustun 11-də BMT-nin Təhlükəsizlik Şurasına təqdim olunacaq və üzv ölkələrə onunla bağlı rəylərini e-mail vasitəsilə bildirmək üçün 24 saat vaxt veriləcək.

Rusiya ilə Çin dəfələrlə ABŞ qətnaməsinə qarşı olduqlarını bildiriblər.

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, İrana qarşı silah embarqosunun müddəti cari ilin 18 oktyabr tarixində bitəcək.

Teqlər