Avq 11, 2020 17:19 Asia/Baku
  • İranda təqribən 288 min COVID-19 xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 2 min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və təqribən 288 min nəfər xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 345 yeni koronavirus xəstəsi aşkar edilib . 1269 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 331 min 189 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 184 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on səkkiz min 800 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 288 min 620 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər