İranda 290 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 290 min nəfərdən çox COVID-19 xəstəsinin sağalmasından xəbər verib.
SəhərAzəri bildirir ki, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 510 yeni koronavirus xəstəsi aşkar edilib . 1089 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 333 min 699 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 188 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on səkkiz min 988 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək 290 min 244 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.