İran BMT-ni ABŞ qarşısında dayanmağa çağırıb
İranın BMT yanında Daimi Nümayəndəliyi ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair irəli sürdüyü qətnamə layihəsini onun daxili siyasəti istiqamətində olduğunu bəyan edərək, Təhlükəsizlik Şurasının (TŞ) üzvlərini ABŞ-ın qanunsuz və xəstəlik xarakterli hərəkətləri qarşısında dayanmağa çağırıb.
SəhərAzəri xəbər verir, İranın BMT yanında Daimi Nümayəndəliyi bu gün bir bəyanat yayaraq, vurğulayıb: " BMT-nin 2231 saylı qətnaməsini kobud şəkildə pozan ABŞ-ın irəli sürdüyü qətnamə layihəsi bu ölkənin daxili siyasətini həll etmək məqsədi daşıyır və beynəlxalq sülhün və təhlükəsizliyin qorunması ilə heç bir əlaqəsi yoxdur".
Bəyanatda deyilir: "ABŞ-ın təklif etdiyi qətnamə layihəsi BMT və TŞ-nin bütövlüyünü, nüfuzunu, etibarını, həmçinin çoxtərəfliliyi, qanun və diplomatiyanın aliliyini hədəfə alıbdır".
İranın BMT yanında Daimi Nümayəndəliyinin bəyanatında vurğulanır: "ABŞ sanksiyaya olan dərin asılılığını qarşılamaq və BMT-dəki məsuliyyətsiz davranışını əsaslandırmaq üçün heç bir əsas olmadan, İranı regionun sabitliyini pozmaqda ittiham edir, hal bu ki, onun dağıdıcı davranışları, təfriqə yaradan siyasətləri və Qərbi Asiya ölkələrinə ölümcül silahlar ixrac etməyə olan doymayan iştahı bu regionda səbatsızlıq, əmin-amansızlıq və insan əzabının əsas amilləridir".
ABŞ hökuməti özünün İrana qarşı düşmənçilik hərəkətlərinin davamında avqustun 12-də BMT-yə İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına dair qətnamə layihəsi təqdim edib. Hansı ki, Əhatəli Müştərək Təşəbbüs Proqramına və BMT TŞ-nin 2231 saylı qətnaməsinə əsasən, onun müddəti cari ilin 8 oktyabr tarixində sona çatmalıdır.
Bu qətnamə layihəsinə səs vermənin vaxtı açıqlanacaq. Lakin proqnozlar ABŞ-ın BMT-dəki anti-İran hərəkətlərinin iflasa uğrayacağından xəbər verir.