Zərif Beyruta daxil oldu
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Livan rəsmiləri ilə görüşmək məqsədilə Beyruta daxil oldu.
SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Livan rəsmiləri ilə görüşmək, həmçinin bu ölkə dövləti və xalqının kədərini bölüşüb, onlarla həmrəylik ifadə etmək məqsədilə Beyruta daxil olub. Zərifi Livanın xarici işlər naziri vəzifəsini icra edən Şarbel Vəhbi qarşılayıb.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Livan səfəri çərçivəsində Bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşüb, son dəhşətli partlayışdan sonrakı olaylar barədə fikir mübadiləsi aparacaq.
Avqustun 4-də Beyrut limanında yerləşən pirotexnika anbarında geniş yanğının baş verməsi fonunda içərisində iki min 700 ton ammonium nitrat olan yaxındakı anbarda dəhşətli bir partlayış baş verib.
Livanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, indiyə kimi bu partlayış nəticəsində 171 nəfər həyatını itirib, təxminən altı min nəfər isə yaralanıb.