İranda 293 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 293 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 501 yeni koronavirus xəstəsi aşkar edilib, min 173 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 338 min 825 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 169 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 19 min 331 nəfərə çatıbdır.
İran səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək 293 min 811 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Dünyada koronavirusa yoluxanların sayı da 21 milyon nəfəri ötüb keçibdir. Onlardan təqribən 757 min nəfər həyatını itirib, azı 13 milyon 944 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.