Avq 14, 2020 14:52 Asia/Baku
  • İran Livanı bərpa etməyə hazırdır

İranın xarici işlər naziri deyib ki, İran Livanı bərpa etməyə, bu ölkəyə humanitar yardımlar göstərməyə, eləcə də elektrik cərəyanını təşkil etməyə hazırdır.

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Livanın işlərinin irəlilədilməsi hökumətinin xarici işlər naziri Şərbəl Vəhbə ilə görüşdə onunla ikitərəfli həmkarlıqların genişləndirilməsi, həmçinin hazırkı problemlərin aradan qaldırılması üçün Livanın milli birliyinin qorunması vacibliyi barədə söhbət edib.

Zərif Şərbəl Vəhbə ilə görüşdən sonra deyib: İran Beyrut faciəsinin yaratdığı bu narahatedici şəraitdə bir daha Livanla həmrəyliyini elan edir.

Livanın xalqı və hökumətinin çox mühüm qərarlar qəbul etmək səlahiyyətinə malik olduqlarını bəyan edən İranın xarici işlər naziri söyləyib: Livan sionist düşmənə qalib gəldiyi kimi bu böhrandan da qalibiyyətlə çıxacaqdır.

Teqlər