Zərif Nəbih Berri ilə görüşdə: İran Livanla həmkarlığa hazırdır
https://azeri.sahartv.ir/news/İran-i365948-zərif_nəbih_berri_ilə_görüşdə_İran_livanla_həmkarlığa_hazırdır
İranın xarici işlər naziri Livan parlamentinin sədri ilə görüşdə Tehranın Livanın hazırkı şəratinin ehtiyaclarının aradan qaldırılması sahəsində Beyrutla həmkarlığa hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2020 14:47 Asia/Baku
  • Zərif Nəbih Berri ilə görüşdə: İran Livanla həmkarlığa hazırdır

İranın xarici işlər naziri Livan parlamentinin sədri ilə görüşdə Tehranın Livanın hazırkı şəratinin ehtiyaclarının aradan qaldırılması sahəsində Beyrutla həmkarlığa hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Beyrutda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün qeyd olunan görüşdə Beyrut limanında baş vermiş partlayış hadisəsilə bağlı Livanın xalqı və hökuməti ilə həmrəylik ifadə etməklə yanaşı, Livanın 33 günlük müharibədəki qələbəsinin 14-cü ildönümünü də təbrik edibdir.

Zərif bu görüşdən öncə Livanın işlərinin irəlilədilməsi hökumətinin xarici işlər naziri Şərbəl Vəhbə və baş naziri Hisan Diyab ilə görüşübdür.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən axşamçağı Beyruta daxil olub.