Musəvi: ABŞ sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi
https://azeri.sahartv.ir/news/İran-i365980-musəvi_abŞ_sadəcə_kiçik_bir_ölkənin_dəstəyini_əldə_edə_bildi
İran Xarici İşlər Nazirliynin mətbuat xidmətinin rəhbəri BMT-nin 75 illik tarixində ABŞ-ın heç vaxt bu qədər təcrid edilmədiyinə toxunaraq, dedi: Vaşinqton sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2020 06:16 Asia/Baku
  • Musəvi: ABŞ sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi

İran Xarici İşlər Nazirliynin mətbuat xidmətinin rəhbəri BMT-nin 75 illik tarixində ABŞ-ın heç vaxt bu qədər təcrid edilmədiyinə toxunaraq, dedi: Vaşinqton sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi.

Səhər Azəri bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi ABŞ-ın İran əleyhinə qətnaməyə dair BMT-nin Təhlükəsizlik Şurasında üzləşdiyi ağır məğlubiyyətə işarə edərək, deyib: BMT-nin 75 illik tarixində ABŞ heç vaxt bu qədər təcrid olmamışdı.

Musəvi əlavə edib: ABŞ  bütün səylərinə, apardığı təbliğatlara və propaqandalara baxmayaraq sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi.

"İranın aktiv diplomatiyası bir daha Təhlükəsizlik Şurasında ABŞ-ı məğlub etdi" deyə Musəvi vurğulayıb.