Avq 16, 2020 18:54 Asia/Baku
  • Zərif: ABŞ TŞ-də 2-13 hesabı ilə uduzdu

"ABŞ-ın Təhlükəsizlik Şurasında misilsiz məğlubiyyətinin şahidi olduq və bu hadisənin önəmi unudulmamalıdır"

Səhər Azəri bildirir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib. 

Məhəmməd Cavad Zərif bu sözləri bu gün İran İslam Respublikası Xarici İşlər Nazirliyinin yeni mətbuat katibinin təqdimatı mərasimində etdiyi çıxışda söyləyib. 

Xarici İşlər Nazirliyinin əsas missiyasının beynəlxalq arenada İranın maraqlarını müdafiə etmək adlandıran Zərif əlavə edib: Əgər daxili siyasətlərin müdafiəsi ilə beynəlxalq səviyyədə ölkənin milli maraqlarının müdafiəsi sahəsində seçim etmək lazım gəldikdə milli maraqların xeyrinə fədakarlıq etmək lazımdır. Yəni, bütün şəxsi və digər maraqlar milli maraqlardan sonra gəlir və lazım gələrsə milli maraqlara qurban edilməlidir. 

Zərif daha sonra ABŞ-ın TŞ-də 2-13 hesabı ilə məğlub olduğunu dedi: "ABŞ-ın Təhlükəsizlik Şurasında misilsiz məğlubiyyətinin şahidi olduq. Belə ki, sadəcə bir ölkə ABŞ-ın kənarında yer aldı. Bu hadisənin önəmi unudulmamalıdır. Belə bir şəraitdə  həm ölkə daxilində həm də dünya səviyyəsində düşüncələri aydınlatmaq son dərəcə önəmli və mühüm məsələdir. 

İranın xarici işlər naziri çıxışının davamında dedi: İmam Xomeyni(rə)in dediyi kimi hər şeyə görə xalqa borcluyuq. Bizim gücümüz və qüdrətimizin qaynağı xalqdır. Əgər biz beynəlxalq güc istəyiriksə, xalq xarici siyasətə dəstək olmalı, bizə arxa çıxmalıdır. Biz isə özümüzü deyil, milli maraqları müdafiə etməyə borcluyuq.

Teqlər