Persepolisin gizli qatlarında 13 skelet aşkar edilib
Persepolisin gizli qatlarında 13 skelet aşkar edilib
Yeni araşdırmalar zamanı Persepolisin gizli qatlarında 13 skelet aşkar edilib.
Səhər Azəri bildirir ki, qədim abidələrdən olan Persepolisin su yollarının qazılması üzrə dördüncü etap yerüstü suların dəf olunması və bu abidənin qorunması məqsədilə başlanıb. Yeraltı kanalların təmizlənməsi ilə Persepolisin mühafizəsindən əlavə, İranın enişli-yoxuşlu tarixindən digər bir güşə üzə çıxacaq.
Belə ki, su kanallarının təmizlənməsi ilə on bir insan və bir itkimilər fəsiləsinə aid skelet aşkar edilib.
Bu skeletlər böyük ehtimala görə əhəmənilər dövrünə aiddir.
Skeletlərin ilkin vəziyyətlərinə əsasən, ehtimal üzrə bunlar qətlə yetiriliblər.
Makedoniyalı İsgəndərin törətdiyi dəhşətli yanğın və insan qırğınlarının izlərini Persepolisin gizli qatlarında görmək olar.
Ola bilsin, bu insan skeletlərinin bəziləri Persepolisin İsgəndər və onun əsgərləri tərəfindən ələ keçirilməsi və yandırılması zamanı baş vermiş döyüşlərə aiddir. Həmin döyüşlərdə insanlar öldürülərək, bu kanallara tullanıbdır.
Dördüncü araşdırma mərhələsinin sonuna qədər laboratoriyalarda bu skeletlərin yaşları, qidalanma tərzləri, xəstəlikləri və genetik bağlılıqları aydın olacaqdır.
Persepolisin altında üç kilometr uzunluğunda kanal vardır ki, indiyədək onun 2 kilometri təmizlənərək, qazılıbdır.