İranda 300 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 300 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 385 yeni koronavirus xəstəsi aşkar edilib, min 66 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 347 min 835 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 168 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 19 min 972 nəfərə çatıbdır.
İran səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək 300 min 881 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.