Avq 19, 2020 09:48 Asia/Baku
  • Təxti Rəvançi:

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi ABŞ-ın İrana qarşı BMT Təhlükəsizlik Şurasına (TŞ) yeni şikayət irəli sürmək cəhdini fiaskoya uğramış bir siyasət kimi dəyərləndirib.

SəhərAzəri xəbər verir, ABŞ Dövlət Katibi Mayk Pompeonun avqustun 20-də Nyu Yorka səfər etməsi və Antonio Quterreş ilə görüşü qərara alınıb. 

Elə həmin gün Vaşinqton İrana qarşı öz şikayətini BMT Təhlükəsizlik Şurasına təqdim edəcək; ABŞ-ın şikayət ərizəsində İran nüvə anlaşması ilə bağlı öhdəliklərini pozmaqda ittiham olunub.

İRİB-in məlumatına görə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxti Rəvançi deyib: "ABŞ-ın təcrid olunması və BMT Təhlükəsizlik Şurasında bu təcrid olunmanın dünyaya nümayiş etdirilməsi ilə nəticələnən və hətta dostları tərəfindən tərk edilməsinə səbəb olan bir siyasət necə bir siyasətdir".

"ABŞ BMT Təhlükəsizlik Şurasının əvvəlki iclasından dərs almalıdır, hansı ki, yalnız Dominikən Respublikasını özü ilə həmrəy edə bilibdir", -deyə Rəvançi əlavə edib.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi İran xalqına qarşı müxtəlif təzyiq və sanksiyaların tətbiq edilməsini Ağ Evin siyasətsizliyinin nəticəsi adlandırıb və qeyd edib ki, bunun adı hər nədirsə, diplomatiya deyil.

Teqlər