Avq 19, 2020 18:31 Asia/Baku
  • İranda 302 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 302 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 444 yeni koronavirus xəstəsi aşkar edilib, min 132 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 350 min 279 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 153 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 20 min 125 nəfərə çatıbdır.

İran səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək 302 min 528 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da 22 milyon nəfəri ötüb keçibdir. Onlardan təqribən 784 min nəfər həyatını itirib, azı 15 milyon 47 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər