BƏƏ-nin səfirəvəzi bu gün Tehranda XİN-ə çağırılıb.
İran BƏƏ-nin Tehrandakı diplomatik nümayəndəliyinin təmsilçisini Xarici İşlər Nazirliyinə çağırıb.
SəhərAzəri xəbər verir, BƏƏ rəsmi nümayəndəsinin XİN-ə çağırılması Fars körfəzində bu ölkə sərhədçiləri tərəfindən öldürülən iki iranlı balıqçıya görədir.
Məlumata görə 17 avqust 2020-ci il tarixində Fars körfəzində BƏƏ-nin Sahil Mühafizəsi qüvvələri tərəfindən bir neçə İran balıqçı gəmisinin atəşə tutulması və onlardan birinin saxlanılması, həmçinin iki balıqçının ölümü ilə nəticələnən bu faciəli hadisə ilə bağlı İran XİN tərəfindən dərhal lazım olan tədbirlərə start verilib və ertəsi günün ilk iş saatlarında BƏƏ-in Tehrandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağrılıb.
BƏƏ rəsmi nümayəndəliyindən balıqçıların cənazələrinin qaytarılması, xəsarətlərin ödənilməsi və hadisələrin təkrar baş verməməsi üçün lazımi təzminatların verilməsi tələb edilib.
Çağırış zamanı səfirəvəzi hadisədən təəssüfləndiyini bildirib və dərhal həmin məsələ ilə bağlı Əbu Dabiyə məlumat verəcəyini vurğulayıb. İyirmi dörd saatdan az bir müddətdə nəticələrin izlənilməsi üçün BƏƏ-nin müvəqqəti işlər vəkili ilə Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquqlar üzrə Baş direktoru arasında ikinci görüş də keçirilib.
Tehranda bu əməliyyatlardan sonra və həmçinin İran İslam Respublikası səfirliyinin təqibi ilə BƏƏ hökuməti dünən rəsmi bir notada baş vermiş hadisəyə görə dərin təəssüf hissi keçirdiyini və vurulan bütün zərəri ödəməyə hazır olduğunu elan edib.
Ayrıca, iki ölkənin sərhədçilərinin razılığı ilə xəsarət alanlar və gəmi sərnişinləri sərbəst buraxılıb, ölənlərin cəsədlərinin təslim edilməsi ilə bağlı qanuni proses gündəmə gətirilib.
Məlumatda təkidlə bildirilir ki, Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Fars Körfəzindəki maraqlarına və vətəndaşlarına qarşı hər hansı bir təcavüzü kəskin cavablandıracağı və gəmilərini və vətəndaşlarını qorumaq üçün bütün lazımi tədbirləri görməyi zəruri sayır.