İranda 305 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 305 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 206 yeni koronavirus xəstəsi aşkar edilib, min 71 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 354 min 764 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 112 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 20 min 376 nəfərə çatıbdır.
İran səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək 305 min 866 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Dünyada koronavirusa yoluxanların sayı da 22 milyon 800 min nəfəri ötüb keçibdir. Onlardan təqribən 797 min nəfər həyatını itirib, azı 15 milyon 500 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.