Avq 22, 2020 21:13 Asia/Baku
  • İranda 307 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 307 min nəfərdən çox COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

Səhər Azəri bildirir ki, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 28 yeni koronavirus xəstəsi aşkar edilib . 707 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 356 min 792 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 126 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 20 min 502 nəfərə çatıbdır.

Teqlər