Avq 23, 2020 14:57 Asia/Baku
  • Zərif: ABŞ-ın 2231 saylı qətnaməyə istinad haqqı varmı?

İran xarici işlər naziri ABŞ-ın nüvə anlaşmasından çıxması və Vaşinqtonun bu anlaşma və təhlükəsizlik şurasının 2231 saylı qətnaməsi ilə bağlı rəftarından danışıb.

Səhər Azəri bildirir ki, Məhəmməd Cavad Zərif bu barədə Tvitter-də paylaşdığı videomüraciətdə danışıb.

Məhəmməd Cavad Zərif tvitter-də yaydığı bu videomüraciətdə necə deyərlər, «onların dilindən» bu sualı verib: Görən, Amerikanın nüvə anlaşmasının iştirakçısı kimi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə söykənməyə haqqı çatırmı?

Bu videoda ABŞ prezidenti Donald Trampın 2018-ci il mayın 8-də etdiyi çıxışdan bir hissə nümunə gətirilib…. Tramp belə deyir: Bu gün elan edirəm ki, Birləşmiş Ştatlar İranla nüvə anlaşmasından çıxır.

Bu videomüraciətdə Zərif həmçinin Amerikanın İrana qarşı qətnamə qəbul etdirmək və silah sanksiyasını uzatmaq üzrə səyinin uğursuz qalması və BMT Təhlükəsizlik Şurasının on üç üzvünün İrana qarşı sanksiyaların geri qaytarılması sahəsində Amerikanın təzyiqləri ilə müxalifətinə işarə edib.

Zərif öz müraciətində deyib: Amerika nüvə anlaşmasından və 2231 saylı qətnamədən rəsmi və aşkar şəkildə çıxdıqdan sonra həmin qətnamə ilə bağlı özünə heç cür haqq verə bilməz.

ABŞ dövlət katibi Mayk Pompeo cümə axşamı günü BMT Təhlükəsizlik Şurasının sədrinə məktub təqidm edərək, İranı nüvə anlaşmasını pozmaqda ittiham etdi və rəsmən İrana qarşı sanksiyaların geri qaytarılmasını istədi.

Amerikanın/ nüvə anlaşmasına və 2231 saylı qətnaməyə əsasən ləğv edilmiş İrana qarşı sanksiyaların geri qaytarılması barədəki rəsmi ərizəsinin BMT Təhlükəsizlik Şurasına təqdim edilməsindən bir gün sonra- cümə günü, dörd daimi və doqquz qeyri-daimi üzvü daxil olmaqla şuranın on üç üzvü açıq şəkildə elan etdi ki, Amerikanın tələbinin heç bir qanuni əsası yoxdur.

Teqlər