Avq 25, 2020 09:14 Asia/Baku
  • İran Filippində törədilən terror aktını qınayıb

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Filippinin cənubunda törədilən və bu ölkənin bir çox günahsız vətəndaşının ölümü və ya xəsarət alması ilə nəticələnən partlayışı qınayıb

SəhərAzəri xəbər verir, Səid Xətibzadə bu terror aktını qınayaraq, Filippin dövləti və xalqı, həmçinin bu cinayət qurbanlarının ailələri ilə həmrəylik ifadə edib. 

Yerli vaxtla bazar ertəsi günü Filippinin cənubunda yerləşən Sulu əyalətinin Colo şəhərində iki ədəd bomba yüklü motosikletin partladılması nəticəsində ən azı 11 nəfər ölüb, 43 nəfər isə yaralanıb.

Colo meri elan edib ki, bu partlayışlar nəticəsində altı əsgər, bir polis məmuru və dörd mülki şəxs ölüb, 18 əsgər, altı polis əməkdaşı və 19 mülkidə yaralanıb.

Hələ ki, heç bir qrup bu partlayışla bağlı məsuliyyəti üzərinə götürməyib, Lakin böyük ehtimalla İŞİD-ə bağlı Əbu-Səyyaf terror qruplaşması bu hücumların amilidir.

Teqlər