Avq 25, 2020 12:58 Asia/Baku
  • Son beş ayda İrandan bir milyard dollar dəyərində benzin ixrac edilib

İranın Gömrük Təşkilatının sədri son beş ayda İrandan digər ölkələrə gömrük vasitəsilə bir milyard dollar dəyərindən daha çox benzinin ixrac edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın Gömrük Təşkilatının sədri Mehdi Mir Əşrəfi İRİB-in müxbirinə müsahibədəd deyib: "Son beş ayda İranın xarici ticarət həcmi 24 milyard 600 milyon dollar dəyərində 53 milyon tondan çox olubdur ki, onun 38 milyon tonu ixracat və təxminən 14 milyon tonu da idxalatın payına düşür.

Mir Əşrəfi qeyd edib ki, son beş ayda İranın ilk ixrac etdiyi mal benzin olubdur və ölkədə istehlakın azalması və istehsalın artırılması sayəsində bir milyard dollar dəyərindən daha çox benzin digər ölkələrə ixrac edilib.

İranın Gömrük Təşkilatının sədri Çin, İraq, BƏƏ, Əfqanıstan və Türkiyəni ixracat sahəsində İranın əsas tərəfdaşları adlandırıb.

Teqlər