İran XİN-nin mətbuat katibi: "İran nüvə öhdəliklərinin azaldılması üçün beş addımı atılıbdır"
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "İran İslam Respublikası nüvə anlaşması çərçivəsindəki öhdəliklərini azaltmaq üçün bütün beş addımı icra edibdir".
SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə əlavə edib: "Uranın zənginləşdirilməsi zərurət yarandığı təqdirdə və İran İslam Respublikasının ehtiyacı əsasında həyata keçirilir".
Xətibzadə vurğulayıb: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bütün hesabatlarında İran İslam Respublikasının nüvə razılaşması çərçivəsindəki öhdəliklərinin azaldılması istiqamətində beş addımı tam yerinə yetirdiyini təsdiq edib".
İran ABŞ-ın nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasından bir il sonra və Avropanın ABŞ-ın anlaşmadan çıxmasından irəli gələn iqtisadi fəsadları aradan qaldırmaq üçün təklif etdiyi həll yollarının yetərsizliyinin sübut olunması fonunda 2019-cu il martın 8-də elan etdi ki, sözü gedən razılaşmanın 26 və 36-cı bəndlərinə əsasən, öhdəliklərinin bir qismini müvəqqəti olaraq, dayandırır.