Zərifin BMT TŞ sədrinin mövqeyinə reaksiyası
İranın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının dövri sədrinin ABŞ-ın İrana qarşı beynəlxalq sanksiyaların qaytarılması ilə bağlı addımı barədəki mövqeyinə reaksiya verib.
SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü ABŞ dövlət katibinin İrana qarşı beynəlxalq sanksiyaların qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının sədrinə təqdim etdiyi ərizəyə toxunaraq, tvitterdə yazıb: Pompeonun qanundan qaçma kimi quldurluğu bir daha Amerikanı təcrid etdi. ABŞ cümə günü BMT Təhlükəsizlik Şurasında öz qanunsuz bildirişi barədə məşvərətə mane olsa da şuranın Yaxın Şərq məsələlərinə həsr olunmuş bugünkü iclasında iştirak edən üzvlər Amerikanın cəhdini təsirsiz adlandıraraq, rədd etdilər.
Zərif sonra yazıb: Donald Trampın öz zorakı nökərlərinə qulaq asmaqdan əl çəkməsinin vaxtı gəlib çatıbdır.