İran İslam Respublikası prezidenti:
ABŞ növbəti dəfə BMT Təhlükəsizlik Şurasında məğlub olub
"ABŞ növbəti dəfə BMT TŞ-da məğlub olub. Bu ardıcıl məğlubiyyətlər İran xalqının müqavimət göstərməsi və diplomatiyasına görədir."
SəhərAzəri İRNA-ya istinadla xəbər verir, bunu İranın prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin toplantısında çıxışı zamanı deyib.
Həsən Ruhani ABŞ tərəindən İrana qarşı yeni sanksiya həmləsinin aparılması və bunun yenidən BMT TŞ-da qaldırılmasına toxunub və bildirib ki, ABŞ bu dəfə də məğlubiyyətlə üzləşib.
Onun sözlərinə görə ABŞ-ın bu məğlubiyyətinə səbəb İran xalqının müqaviməti və İrananın apardığı xarici siyasətdir.
Sanksiyalardan solayı İran xalqının vəziyyətinin çətin duruma düşdüyünü deyən həsən Ruhani bildirib ki, onlar İranı iflasa uğratmaq və çökdürmək istəyirdilər, lakin BMT TŞ-da növbəti dəfə məğlubiyyətə uğradılar.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü ABŞ-ın İrana qarşı sabiq beynəlxalq sanksiyaları işə salması ilə bağlı tələbini qəbul etməyib.
ABŞ bundan öncə BMT TŞ-da İrana qarşı silah enbarqosunun uzadılması ilə bağlı layihə qaldırsa da rədd edilmişdi.