Qəribabadi: “İran Agentliyin anlaşmalardan yan keçməsinə imkan verməyəcək”
İranın Vyanadakı Beynəlxalq Təşkilatlardakı səfiri və daimi nümayəndəsi Atom Enerjisi üzrə Beynəlxalq agentliyin (AEBA) sədrinin İran səfərini şərh edərək, deyib: "Tehran Agentliyin əldə edilmiş anlaşmalara sadiq qalmasını gözləyir, çünki İran onlardan yan keçməyə imkan verməyəcək".
SəhərAzəri xəbər verir, İran İslam Respublikası və AEBA çərşənbə günü agentliyin baş direktorunun Tehrana iki günlük səfəri və iranlı rəsmilər ilə danışıqlarının sonunda birgə bəyanat yayıblar.
Kazim Qəribabadi deyib: "İran əsas bir qərar qəbul edərək, agentliyin yeni baş direktoru ilə münasibətdə xoşməramlılığını sübut etdi"
"AEBA gələcəkdə istənilən şəraitdə və hər hansı bir bəhanə ilə bu birgə anlaşmanın müddəalarını pozmağa çalışarsa, və ya bəyanatda nəzərdə tutulan məsələlərin izlənilməsi istiqamətində davranmadığı təqdirdə, İranla bu agentliyin əməkdaşlıqları və münasibətlərini hədəfə almış olacaqdır", -deyə o, əlavə edib.
Qəribabadi sözlərinin davamında deyib: "AEBA-nın baş direktoru Tehran səfərindən məqsədinin, məsələlərin və müvafiq proseslərin düzgün anlaşılması istiqamətində İranın müvafiq rəsmiləri ilə birbaşa təmas və əlaqənin yaradılması oldunu bildirib və agentliyin nümayəndə heyəti ilə sərt və intensiv danışıqların nəticəsi olan birgə bəyanatın yayılması bu qarşılıqlı əlaqənin uğurunu göstərir".