Avq 28, 2020 08:51 Asia/Baku
  • Amerika 2231 saylı qətnaməyə istinad üçün heç bir hüquqi mövqeyə malik deyil

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu gün səhərçağı ABŞ dövlət katibi Mayk Pompeonun İrana qarşı sanksiyaların qayıdışına dair son tvittinə reaksiyada deyib ki, bu hadisə yalnız ABŞ dövlət katibinin xəyali dünyasında baş verəcək.

SəhərAzəri xəbər verir, Səid Xətibzade tvitter-də vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının on üç üzvü, o sıradan şuranın sədri bildirdilər ki, Amerika nüvə anlaşmasının üzvü olmadığı üçün kökdən heç bir hüquqi mövqeyə malik deyildir ki, bu şuranın 2231 saylı qətnaməsinə istinad edə bilmiş olsun. O, deyib: Saatın əqrəbləri yalnız xəyali dünyada Pompeo ilə paralel şəkildə hərəkət edirlər.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Təhlükəsizlik Şurasının Ağ Ev-in anti-İran qətnamə layihəsi ilə müxalifətinə rəğmən, cümə axşamı günü tvitter-də iddia edibdir ki, BMT-nin İrana qarşı sanksiyaları Qrinviç vaxtı ilə sentyabrın 20-si gecə yarısından bərpa ediləcəkdir.

Pompeo öz tvitter hesabında bildiribdir ki, Amerika hökuməti İrana qarşı silah məhdudiyyətlərinin vaxtının bitməsinin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə uğursuz qaldıqdan sonra BMT-nin bütün sanksiyalarını geri qaytarmaq üçün «tətik mexanizmi» adlanan mexanizmini fəal edibdir.

Teqlər