İnqilab Rəhbərinin iştirakı ilə "Şami Qəriban" mərasimi keçirilib
İslam İnqilabının böyük rəhbərinin iştirakı ilə şəhidlər ağası həzrət Əba Əbdillahil Hüseynin (ə) və v.falı silahdaşlarının "Şami Qəriban" mərasimi İmam Xomeyni(rə) hüseyniyəsində keçirilib.
SəhərAzəri xəbər verir, İslam İnqilabının böyük rəhbərinin bürosunun informasiya portalının məlumatına görə, bu mərasimdə höccətülislam vəlmüslimin Məsud Ali etdiyi çıxışında şeytan və onun tabeliyində olan cərəyanların planlarından birinin möminlərin icmasını məhv etmək və onların bir-biriəri ilə imani əlaqələrinin kəsilməsi olduğunu bildirib və deyib: "Hər nə qədər ki, islam cəmiyyətində ülvi xüsusiyyətlər, o cümlədən, əməkdaşlıq, fədakarlıq, şəfqət və həmrəylik, məsuliyyət və mərhəmət hissi güclü olarsa, o, cəmiyyət eqoizm və fərdiyyətçilikdən çıxacaq və kollektiv bir iman ruhunun hakimiyyəti ilə o cəmiyyət sosial vilayəti yəni zühur dönəmini qəbul etməyə hazır olacaq".
Həmçinin bu mərasimdə höccətülislam Bəhaəddin Ziyai növhəxanlıq edərək, Aşura müsibətlərini zikr edib.
"Şami Qəriban" mərasimi imam Hüseynin (ə) əhli beytinin didərginliyi və Kərbəla hadisəsinin əsir düşmüş uşaqlarını xatırladır, hansı ki, Aşura gününün qürub çağında Kərbəla səhransında və gecənin qaranlığında köməksiz vəziyyətdə qalıblar.
Dünya şiələrinin üçüncü imamı və onun vəfalı silahdaşları 61-ci hicri qəməri ili Məhərrəm ayının onunda Kərbəlada şəhid olublar.