İranda koronavirusdan 325 min nəfər sağalıb
Sen 01, 2020 17:35 Asia/Baku
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi koronavirusdan 325 mindən çox xəstənin sağaldığını bildirib.
SəhərAzəri xəbər verir, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində koronavirusa min 682 yeni yoluxma faktı qeydə alınıb, onlardan 786 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb.
Larinin sözlərinə görə, İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 376 min 894 nəfərə çatıb və son sutkada 101 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 21 min 672 nəfərə yüksəlib.