Sen 01, 2020 18:40 Asia/Baku
  • “İranın Silahlı Qüvvələri regionun ən üstün gücünə çevrilib”

İran Ordusunun Quru Qoşunlarının komandanı deyib: "İran İslam Respublikasının Silahlı Qüvvələrinin çəkindiricilik gücü regionda ən üstün güc və simvola çevrilibdir".

SəhərAzəri xəbər verir, Bu gün ölkənin şərqindəki hərbi bölmələrin döyüş vəziyyətini yoxlamaq məqsədilə Xorasan vilayətinə səfər edən briqada generalı Əmir Kiyumərs Heydəri xatırladıb: "İranın Silahlı Qüvvələrinin gücü səbəb olub ki, dünya müstəmləkəçiləri hətta regionda qalmağa belə cəsarət etməyib, qorxu içində regionu tərk edələr".

Briqada generalı İran Ordusunun Quru Qoşunlarının yüksək müdafiə qabiliyyətinə və döyüş gücünə işarə edərək, deyib: "Ordunun Quru Qoşunlarında hərbi texnika və silah-sursatın istehsal edilməsi bu qüvvələrin əlverişli bir mövqeyə yüksəlməsinə səbəb olubdur".  

İran İslam Respublikasının Quru Qoşunlarının komandanı əlavə edib: "Ölkə sərhədlərinin təhlükəsizliyi Ordunun Quru Quşunları, Nizam-İntizam Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın qüdrətli varlığının nəticəsidir".

İranın üçüncü ən böyük vilayəti olaraq, Cənubi Xorasan vilayəti Əfqanıstanla 331 kilometr müştərək sərhəddə malikdir.

Teqlər