Sen 02, 2020 18:28 Asia/Baku
  • Adiləşən yeganə məsələ, sionistlərin dizlərini fələstinlilərin boyunlarına qoymalarıdır

İranın xarici işlər naziri əmirliklərin sionist rejimlə əlaqələrinin adiləşdirilməsini xatırladaraq, vurğulayıb: Adiləşən yeganə məsələ, sionistlərin dizlərini fələstinlilərin boyunlarına qoymalarıdır.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif bu gün öz tvitter hesabında bir sionist hərbçinin dizini bir fələstinlinin boynuna qoyması təsvirini yayaraq, altında yazıb: Sionist rejimlə adiləşdirmək? Adiləşən yeganə məsələ, budur.

Son zamanlar sosial şəbəkələrdə bir video yayılıb. Bu videoda bir sionist hərbçi öz dizini qərb sahili etirazlarında həbs olunmuş orta yaşlı bir fələstinlinin boynuna qoyur.

ABŞ prezidenti Donald Trampın əmirliklərlə sionist rejim arasındakı münasibətlərin adiləşdirilməsi prosesinin asanlaşdırılması üzrə səylərinin ardınca son zamanlar Əbu-Dəbi və Təl-Əviv diplomatik münasibətlərin tam şəkildə adiləşdirilməsi barədə sazişə gəldilər.

Sionist rejim-əmirliklər sazişi dünyanın siyasi şəxsiyyətlərindən bir qrupunun, region ölkələrinin və fələstinli qrupların geniş etiraz dalğalarına səbəb olubdur.

Image Caption
Image Caption
Image Caption
Image Caption
Image Caption
Image Caption

 

Teqlər