Sen 03, 2020 08:52 Asia/Baku
  • Zərif ABŞ-ın zorakılıqlarını pisləyib

İranın xarici işlər naziri ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin iki rəsmisini sanksiya etməsini kəskin tərzdə tənqid edib.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif tvitter-də Amerikanın bu hərəkətini pisləyərək, xatırladıb: Amerika rejiminin qarşısında təslim olmaq, yalnız bu zorakı rejimin/ şəxsləri və orqanları sanksiya etmək üzrə iştahasını artırır.

Zərif bildirib ki, «bu bitmək bilməyən divanəliyi» dayandırmağın yeganə yolu, Amerikanın tələblərini dayandırmaqdır.

Amerika maliyyə nazirliyi çərşənbə günü bildiribdir ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatou Bensouda və bu məhkəmənin məhkəmə dairələri üzrə əlaqə və həmkarlıqlar şöbəsinin müdiri Fakiso Moçoçokonun adlarını Amerikanın sanksiyası altında olan şəxslər siyahısına salıbdır.

Trampın icra fərmanı ABŞ dövlət katibinə/ maliyyə nazirinin məşvərəti ilə/ Amerikanın Əfqanıstandakı hərbi cinayətləri barədəki beynəlxalq təhqiqatda rol oynamış Beynəlxalq Cinayət Məhkəməsinin rəsmilərindən bir qrupunun maliyyəsini dondurmaq icazəsi verir.
 

Teqlər