İran, İslam Peyğəmbərinə (s.ə.s) qarşı hörmətsizliyi qınayıb
İran İslam Respublikasının XİN mətbuat katibi dünən axşam Fransada nəş edilən "Charlie Hebdo" jurnalı tərəfindən əziz İslam Peyğəmbəri (s.ə.s.) barədə hörmətsiz təsvirlərin yayılmasını kəskin şəkildə qınayıb.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Səid Xətibzadə Fransanın "Charlie Hebdo" nəşrinin əziz İslam peyğəmbərinə (s.ə.s) hörmətsizliyinə toxunaraq, vurğulayıb: "İslamın əziz peyğəmbərinə (s.ə.s) və digər ilahi peyğəmbərlərə qarşı istənilən təhqir və hörmətsizlik qəbuledilməzdir".
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi xatırladıb: "Fransız nəşrinin ifadə azadlığı bəhanəsi ilə təkrarlanan alçaldıcı hərəkəti, dünyadakı təkallahlıların emosiyalarına toxunub, dünyadakı bir milyarddan çox müsəlmanın İslam dəyərlərinə və inanclarına hörmətsizlik və təhrikedici bir hərəkətdir.
Xətibzadə sonda vurğulayıb ki, sözü gedən nəşrin etdiyi təhqiramiz hərəkətin əksinə olaraq, ifadə azadlığı insan övladının dinc yanaşı yaşaması və dinlər arasında daha çox anlaşma üçün konstruktiv şəkildə istifadə edilməli olan yüksək bir dəyərdir.
Fransanın "Charlie Hebdo" jurnalı, keçən çərşənbə axşamı günü yeni bir həyasızlıqda İslamın əziz Peyğəmbəri (s.ə.v) haqqında qalmaqallı və təhqiramiz təsvirləri yenidən nəşr etdi.
Onun bu hərəkəti İslam dünyasında geniş qınağa səbəb oldu.
Bu nəşrin yaydığı təsvirlər ilk dəfə 2015-ci ildə Danimarkada bir jurnal tərəfindən nəşr edilib.
"Charlie Hebdo"nun yaydığı təsvirlər və karikaturalar dəfələrlə qalmaqala səbəb olub.
Son illərdə Fransanın Charlie Hebdo jurnalı dəfələrlə İslamın əziz Peyğəmbəri (s.ə.s) haqqında təhqiramiz təsvirlər yayımlayıb.
Bundan əvvəl, Fransanın «Charlie Hebdo» nəşrinin 2015-ci ildə əziz İslam Peyğəmbərinə (s.ə.s) qarşı hörmətsiz hərəkəti dünya müsəlmanları arasında hiddət və nifrət dalğasına səbəb olub. Müsəlmanlar həmin il dünyanın müxtəlif nöqtələrində kütləvi aksiyalar keçirərək, bu təhqiramiz hərəkəti qınayıblar.