İranda 330 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyi ölkədə 330 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda iki min 26 yeni COVID-19 xəstəsi aşkar edilib. 1073 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 382 min 772 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 118 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 22 min 44 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 330 min 308 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Dünyada koronavirusa yoluxanların sayı da təqribən 27 milyon nəfərə çatıb. Onlardan azı 873 min nəfər həyatını itirib, 18 milyon nəfərdən çox xəstə də sağalıbdır.