Musəvi İran-Azərbaycan münasibətlərinin təşviqinə dair məsləhətləşmələri barədə məlumat verib
Sen 04, 2020 22:14 Asia/Baku
İranın Azərbaycandakı səfiri, iki İran və Azərbaycan xalqları arasında daha sıx əlaqələr qurmaq üçün Bakıda məsləhətləşmələr apardığını bildirib.
SəhərAzəri xəbər verir, Seyid Abbas Musəvi bir tvitində yazıb: Bir neçə gün əvvəl missiya yerinə gəldim. Bu dövrdə, mövcud fəaliyyətimlə yanaşı, etimadnaməmi Azərbaycan Respublikasının Prezidentinə təqdim edənə qədər Bakıda fəaliyyət göstərən İran qurumlarında oldum və rəsmiləri ilə fəaliyyətləri və iki xalqı bir-birinə daha da yaxınlaşdırmaq və əlaqələri yaxşılaşdırmaq planları barədə fikir mübadiləsi apardıq.
Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü Musavi bu yaxınlarda Cavad Cahangirzadənin yerinə İranın Bakıdakı səfiri kimi Azərbaycana göndərilib.